SİZİN REKLAM BURADA!
055 213 76 73


Onu bir dəfə doldurmaqla 50 il istifadə edə biləcəksiniz.

Bunun sayəsində mobil telefonları, enerji ilə işləyə bilən bütün cihazları işlətmək mümkün olacaq. Hətta dronların bir şarjla uzun müddətə uçmasını təmin etmək mümkün olacaq.

BAKU.WS xəbər verir ki, Çin 50 ilədək enerji doldurmadan işləyə bilən nüvə batareyası icad edib.

Bu kiçik batareyanın adı "BV-100"-dir. Bu nüvə batareyası “Betavolt” şirkəti tərəfindən hazırlanıb.

“Betavolt” təqdimatında bu batareyanın 3300 meqavat-saat enerji saxlama qabiliyyətinə malik olduğunu bildirilir.

“Betavolt” mühəndislərinin fikrincə, məhsul tamamilə təhlükəsizdir. Temperatur batareyanın daxilindəki kimyəvi proseslərə təsir göstərmir.

Şirkət akkumulyatorun kütləvi istehsalına 2024-cü ildə başlamağı və bir ildən sonra daha güclü versiyasını təqdim etməyi planlaşdırır.

“Batareyanı smartfonlarda, dronlarda və digər məişət əşyalarında istifadə etmək olar”, - deyı şirkətdən bildirilib.

Cavid Babayev
BAKU.WS
QALEREYA