VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyənin Star Tv telekanalında yayımlanan Zühal Topalla izdivac verilişində iştirak edən azərbaycanlı qız Naz Mila verilişdə daha bir qalmaqala səbəb olub.

BAKU.WS xəbər verir ki, Nazın ona elçi düşən azərbaycanlı model Əli Əkbərlə mehriban münasibətlərinə dözə bilməyən keçmiş nişanlısı Baha göz yaşlarını tuta bilməyib və bir qədər sonra verilişi tərk edib.

Verilişin ötən buraxılışlarında Baha Nazın onu unuda bilmədiyini iddia edib və sübut kimi də gəlin namizədin onun hədiyyə etdiyi boyunbağını hələ də taxmasını göstərib. Buna cavab olaraq azərbaycanlı oğlan Naza boyunbağı hədiyyə edib və onunla "Gəl ey səhər" mahnısının sədaları altında rəqs edib. Baha isə buna qəzəblənib və studiyanı tərk edib.
 
Aynur Ələkbərova
BAKU.WS