Baha Naza görə Bakıya gəldi: sevgilisini tapa bilmək üçün küçələri qarış-qarış gəzdi (VİDEO)

Baha Naza görə Bakıya gəldi: sevgilisini tapa bilmək üçün küçələri qarış-qarış gəzdi (VİDEO)
Video
Şou-biznes 11694

 

Zühal Topalın evlilik verilişində məşhurlaşan azərbaycanlı qız Naz Bakıya gəldikdən sonra sevgilisi Baha da paytaxtımıza təşrif buyurub. 

BAKU.WS xəbər verir ki, cütlüyün evlilik verlişində başlayan münasibəti sonradan pozulub. Naz Bahadan uzaqlaşmaq üçün Bakıya gəlib. Sevgisini isbat etmək istəyən Baha isə Nazın arxası ilə Bakıya yollanıb. Paytaxtımızın küçələrində sevgilisini axtaran Baha sonunda istədiyinə nail olub. 

Nazın evinə gedən Baha onu İstanbula aparmaq istədiyini deyib. Ancaq Naz onun təklifini rədd edib. Zühal Topalın evlilik verilişində qəfil studiyaya daxil olan Naz hər kəsi təəccübləndirib. 

Qeyd edək ki, Azərbaycanlı qız qalmaqallı açıqlamaları ilə həm Türkiyə mətbuatında, həm də Azərbaycan mətbuatında tanınır. 

Nazim Babayev

BAKU.WS

Son xəbərlər