13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyev Instagram-da yeni video paylaşıb.

BAKU.WS-in məlumatına görə, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti olan Azərin şəxsi arxivindən paylaşdığı videoda bençdə 160 kq. çəkinin öhdəsindən necə gəldiyi əks olunub. Videoda Azərə köməklik edən böyük qardaşı Jiraf Əliyevdir. O, qardaşına dəstək verərək onda ruh yüksəliyi yaradır.
 
Qeyd edək ki, hər iki qardaş peşəkar idmançıdır. Azər Əliyev 2 iyul 2011-ci ildə Çexiyanın paytaxtı Praqada paurliftinqin WPC versiyası üzrə gənclər arasında 100 kq-da yarışan Azər Əliyev 3 hərəkətin cəmində 600 kq ağırlığın öhdəsindən gəlib və 5-ci yeri tutub. 
 
23 noyabr 2011-ci ildə Latviyanın paytaxtı Riqada paurliftinqin WPC versiyası üzrə dünya çempionatında yarışan idmançımız fəxri kürsüyə yaxın olub. Azər Əliyev 100 kq-da ləvazimatsız 610 kq qaldıraraq 4-cü yeri qazanıb. 
 
2014-cü ildə isə Azər Əliyev Açıq Avrasiya Kuboku yarışında 250 kq-lıq nəticə ilə gümüş medala sahib olub.
  
BAKU.WS