Bəşəriyyəti gözləyən dəhşətli fəlakət - Yeni xəstəlik yayıla bilər - FOTO
Alimlər ötən il ABŞ-da yüzlərlə heyvanı tutan "zombi maral” xəstəliyinin insanlara da keçə biləcəyi barədə xəbərdarlıq ediblər.
BAKU.WS xəbər verir ki, canlıları ağızları sulu, süstlük, büdrəmə və boş baxışlarla müşahidə olunan xəstəlik ABŞ-ın Vayominq ştatında yaşayan 800 maralda yaranıb.
Lakin ekspertlər xəstəliyin "yavaş gedən bir fəlakət" olduğunu xəbərdar edib və hökumətləri xəstəliyin insanlara keçəcəyi təqdirdə böyük fəlakətə hazır olmağa çağırıb.
Çox vaxt mal-qara üçün ölümcül olan xəstəlik mərkəzi sinir sistemini yoluxdurur. Heyvanlarda aqressiv əlamətlərə və koordinasiya çatışmazlığına səbəb olur. 1995-ci ildən bəri 178 insan ölümü bu xəstəlik səbəbindən baş verib.
Qeyd edək ki, “Zombi maral” xəstəliyi ətraf mühitə sirayət etdikdən sonra onu aradan qaldırmaq olduqca çətindir. Alimlər bildirirlər ki, xəstəlik törədən mikroorqanizmlər kirdə və ya səthlərdə illərlə qala bilər.
O, həmçinin dezinfeksiyaedici maddələrə, formaldehidə, radiasiyaya və 600 dərəcə yanmağa davamlı olduğu bildirilib.
Oxşar xəbərlər
Alimpaşa Məmmədov maral ətini kimlərə satırmış?
Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun maral fermasının üzə çıxması son günlərin müzakirə olunan mövzularındandır. Maral əsasən çöl...