"WhatsApp" işlədən hər kəs üçün VACİB XƏBƏR - Bundan sonra…

04
dek
2023
21:55
iPhone üçün vatsapın yeni versiyası artıq media fayllarını orijinal ölçüsündə göndərməyə imkan verir.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.
Belə ki, yenilik vatsapın iOS üçün 23.24.73 nömrəli versiyasında mümkündür. Yeni funksiya sayəsində istifadəçilər keyfiyyətini itirmədən foto və video faylları göndərə biləcəklər.
Teleqramda tətbiq olunduğu kimi, əlavələr sənəd kimi göndərilməlidir. Bildirilir ki, göndərilən faylların həcmi 2 GB ilə məhdudlaşır.
Oxşar xəbərlər
“WhatsApp”da yenilik: Vacib funksiya dəyişdirilir - FOTO
“WhatsApp” messencerinin tərtibatçıları mesajların avtomatik silinməsi seçiminin dəyişdirilməsi üzərində işləyirlər. BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki,...
