"iPhone"u olanlar üçün WhatsApp-dan möhtəşəm yenilik (VİDEO)

iPhoneu olanlar üçün WhatsApp-dan möhtəşəm yenilik (VİDEO)
Video
Şou-biznes 8472

 

Dünyanın ən məşhur mesajlaşma proqramı olan WhatsApp ötən gün yenilənib.

BAKU.WS-in məlumatına görə, proqramın "2.16.10" yeni versiyası "iPhone"ların "iOS 10" xüsusiyyətlərindən daha yaxşı yararlanmasına xüsusi imkanlar yaradacaq. 

"iOS 10" platformasını dəstəkləyən "iPhone"lar üçün ən əhəmiyyətli funksiyalardan biri "SİRİ"dir. Belə ki, bu funksiya fərqli proqramlarla çalışacaq hala gəlib. WhatsApp da bu funksiyanı dərhal istifadə edib.

Son yenilənmədən sonra "Siri" WhatsApp-a inteqrasiya olunur. Artıq bununla da SİRİ ilə verilən səsli əmrlərlə WhatsApp mesajı yazmaq və ya mesajı başlatmaq imkanı əldə edəcəksiniz. 

Bununla yanaşı, eyni anda birdən çox söhbət qrupuna eyni mesaj və ya görüntünün göndərilməsi, kiliddə olan ekranı açmadan gələn WhatsApp zənginə də cavab vermək mümkün olacaq. 

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Whatsapp-a möhtəşəm yenilik gəlir

Whatsapp-a möhtəşəm yenilik gəlir

Dünyanın ən məşhur mesajlaşma tətbiqlərindən biri olan Whatsapp yeni xidmətlərini işə salacaq. BAKU.WS-in məlumatına görə, "iOS" əməliyyat sisteminin ən faydal...

2218 Şou-biznes 11:28 25 avqust 2016

Son xəbərlər