ÜST: 3,3 milyard insan qlobal istiləşmədən əziyyət çəkir

ÜST: 3,3 milyard insan qlobal istiləşmədən əziyyət çəkir
Şou-biznes 4

Bu gün dünyada 3 milyarddan çox insan qlobal istiləşmədən əziyyət çəkir.

“Report” “Al-Arabiya”ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Vanessa Kerri Dubayda keçirilən BMT-nin iqlim konfransında (COP28) deyib.

Onun sözlərinə görə, bir çox insanlar iqlim dəyişikliklərinin gözlənilməz nəticələri ilə üz-üzədir.

O qeyd edib ki, bu, qalıq yanacaqların istifadəsi ilə birbaşa bağlıdır. Mütəxəssis vəziyyətdən çıxış yolunu qalıq yanacaq istehsalından imtina etməkdə görür.

“Sadəcə istixana qazı emissiyalarını azaltmaq cavab deyil”, - Kerri xəbərdarlıq edib.

Qeyd edək ki, dekabrın 1-də Fransa Prezidenti Emmanuel Makron “Böyük Yeddilik” (G7) ölkələrini 2030-cu ilə qədər kömürdən istifadəni mərhələli şəkildə dayandırmağa çağırıb.

Oxşar xəbərlər

Azərbaycanlı alim: “Ölümün və xərçəngin qarşısını alacağıq”

Azərbaycanlı alim: “Ölümün və xərçəngin qarşısını alacağıq”

Mükəmməl təhsil almaq, elmdə öz yerini qazanmaq və insanlığa töhfə vermək üçün Allahverdi Şahverənov da Azərbaycanda orta və ali təhsil aldıqdan sonra uzaq Çinə...

3650 Şou-biznes 14:38 15 fevral 2019

Son xəbərlər