Bakıda qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Bakıda qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Şou-biznes 2170

Sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, dekabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər zəif duman, çiskin olacaq. 

Lakin axşama doğru bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-3° şaxta, gündüz 0-3° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir.

Dekabrın 17-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi, 17-si axşama doğru, 18-də gecə və səhər bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütünundan 772 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. İntensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoza görə, sabah Abşeron yarımadasında gündüz güclü xəzri küləyi fonunda rütubətli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir. 18-19-da meteoroloji amillərin mülayim və zəif tərəddüdü müsbət amildir.  

Oxşar xəbərlər

Sabahın hava proqnozu açıqlandı: qar yağacaq, 14 dərəcə şaxta olacaq

Sabahın hava proqnozu açıqlandı: qar yağacaq, 14 dərəcə şaxta olacaq

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.W...

5856 Şou-biznes 13:30 15 dekabr 2016

Son xəbərlər