"Jumeirah" brendi və "Jumeirah Bilgah Beach Hotel" sahibkar şirkəti ilə əldə olunan razılığa əsasən "Jumeirah" riteyli Azərbaycanı tərk edir.

Fins.az-ın oteldən aldığı məlumata görə, tərəflər arasındakı idarəetmə müqaviləsi bu ilin sonunadə, yəni 31 dekabr 2016-ci ildə bitəcək. Bununla əlaqadar olaraq 2017-ci ildən hotel daha "Jumeirah" adını daşımayacaq. Otelin hansı ad altında fəaliyyətini davam etdirəcəyi və habelə xarici hotel şəbəkəsi ya yerli hotel brendi tərəfindən idarə olunacağı barədə məlumat isə konfidensional olaraq saxlanılır. Lakin hotelin rebrendinqə məruz qalacağı ehtimal olunur.

Qeyd edək ki, Bakıda 2012-ci ildən fəaliyyət göstərən "Jumeirah Bilgah Beach Hotel" Xəzər dənizinin sahilində, 300 metr uzunluqda özəl çimərlik xəttinə malik müasir kompleksdir. Kompleksə müxtəlif kateqoriyalara məxsus 176 otaq, eləcə də 14 şəxsi kottec daxildir.

Xatırladaq ki, son bir il ərzində Azərbaycanda artıq üçüncü hotel brendindən məhrum olur. 2015-ci ilin yayında "Rixos" brendi "Samaxi Platinum Hotel by Rixos"dan imtina edəndən sonra hotel "Samaxi Palace Sharadil Hotel" kimi transformasiya olundu. 2016-ci ilin iyulunda isə "Kempinski" brendi "Kempinski Hotel Badamdar”dan gedəndən sonra hotel "Badamdar Hotel Baku” adı ilə fəaliyyətini davam etdirir.
 
BAKU.WS