SİZİN REKLAM BURADA!
055 213 76 73



Əksər qadınların məişətdə ən çox qarşılaşdığı problemlərdən biri də borularda yağ və digər qida qalıqlarından yaranan tıxanmalardır.

Bu problemi aradan qaldırmaq üçün evdar qadınlar çox əziyyət çəkirlər. Hətta bəzən bahalı kimyəvi vasitələr də boruların təmizlənməsində yardımçı olmur. Məcburiyyətdən əksər vaxtlarda çilingərə müraciət edirlər.

BAKU.WS xanımlara mətbəx və hamam borularında, kanalizasiyada yaranan tıxanmalardan qurtulmağın sadə və ucuz yolunu göstərərcək. 
 
Odur ki, qələm və kağız götürüb, yaxın əyləşin:
 
Tərkib:

2 xörək qaşığı çay sodası
1 xörək qaşığı duz
2 xörək qaşığı sirkə 
 
Hazırlanması və istifadəsi:

Bütün sadalananlar qarışdırılır və boruya tökülür. 15 dəqiqədən sonra boruya 5-6 litr qaynar su axıdılır. Ardınca isə vantuzla daha da təmizlənir. Bu proseduru profilaktik olaraq, hər həftə etmək olar. 

Bu vasitə sayəsində borular təmizlənir, dezinfeksiya olur, pis qoxular da yox olur.
 
Aysel.Ş
BAKU.WS