Mətbəx və hamam borusunu ev şəraitində belə təmizləyin

Mətbəx və hamam borusunu ev şəraitində belə təmizləyin
Şou-biznes 2805

Əksər qadınların məişətdə ən çox qarşılaşdığı problemlərdən biri də borularda yağ və digər qida qalıqlarından yaranan tıxanmalardır.

Bu problemi aradan qaldırmaq üçün evdar qadınlar çox əziyyət çəkirlər. Hətta bəzən bahalı kimyəvi vasitələr də boruların təmizlənməsində yardımçı olmur. Məcburiyyətdən əksər vaxtlarda çilingərə müraciət edirlər.

BAKU.WS xanımlara mətbəx və hamam borularında, kanalizasiyada yaranan tıxanmalardan qurtulmağın sadə və ucuz yolunu göstərərcək. 

Odur ki, qələm və kağız götürüb, yaxın əyləşin:

Tərkib:

2 xörək qaşığı çay sodası

1 xörək qaşığı duz

2 xörək qaşığı sirkə 

Hazırlanması və istifadəsi:

Bütün sadalananlar qarışdırılır və boruya tökülür. 15 dəqiqədən sonra boruya 5-6 litr qaynar su axıdılır. Ardınca isə vantuzla daha da təmizlənir. Bu proseduru profilaktik olaraq, hər həftə etmək olar. 

Bu vasitə sayəsində borular təmizlənir, dezinfeksiya olur, pis qoxular da yox olur.

Aysel.Ş

BAKU.WS

Oxşar xəbərlər

Şampuna 2 həb “Aspirin” əlavə edin və...

Şampuna 2 həb “Aspirin” əlavə edin və...

Qış fəslində saçlar soyuq havanın təsirindən cansızlaşır. Odur ki, qızmar yay aylarında olduğu kimi, qışda da saçlara xüsusi qulluq göstərmək gərəkdir. BAKU.W...

4516 Şou-biznes 11:33 24 noyabr 2016

Son xəbərlər