SİZİN REKLAM BURADA!
055 213 76 73



Qış fəslində saçlar soyuq havanın təsirindən cansızlaşır.

Odur ki, qızmar yay aylarında olduğu kimi, qışda da saçlara xüsusi qulluq göstərmək gərəkdir.

BAKU.WS xəbər verir ki, bunun üçüçn "Asprin”dən istfadə etmək olar. Bildiyiniz kimi, "Aspirin” ağrıları azaldır və qanı duruldur. Həkimlər 40 yaşından yuxarı olan insanlara aspirini damarlarda tromblaşmanın qarşısını alan profilaktik vasitə kimi təyin edirlər.

Lakin bu sınanmış preparat kosmetologiyada da çox geniş istifadə olunur. "Aspirin”lə üz maskaları dərini çox yaxşı təmizləyir, saçları aspirin əlavə olunmuş şampunla yuduqda kəpək azalır, baş dərisi daha sağlam, saçlar daha canlı olur.

2 həb "Aspirin”i yaxşı əzin, 1 dolu xörək qaşığı şampunla qarışdırın, saçlarınıza çəkin, yüngül massaj edin və bu maskanı saçınızda 5 dəqiqə saxlayın. Daha sonra yaxşı yuyun. Bu maskanı həftədə 1 dəfə istifadə edə bilərsiniz.
 
Aysel.Ş
BAKU.WS