SİZİN REKLAM BURADA!
055 213 76 73



 
Amerikanın Narkotiklərlə Mübarizə üzrə İdarəsinin əməkdaşları Nyu-Yorkda "rus mafiyası"nın üzvü olan cinayətkar qruplaşmanın 8 üzvünü yaxalayıb.

BAKU.WS-in modern.az-a istinadən verdiyi məlumata görə, onlar Rusiyanın və keçmiş SSRİ respublikalarının vətəndaşlarıdır.

Quldurların hamısına bir neçə maddə: narkotik alveri, reketlik, qumar oyunlarının qanunsuz təşkilatçılığı üzrə ittiham elan olunub.

Cinayətkarlap daha çox sakinlərinin əksəriyyəti keçmiş SSRİ və Şərqi Avropa ölkələrindən olan Koni-Aylend və Brayton-Biç rayonlarında fəaliyyət göstəriblər. Dəstə üzvləri həm də ABŞ-dan kənarda yaşayan adamlardan yaxınlarını fiziki cəhətdən məhv etməklə hədələyərək pul da alıblar.