VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox insan qoroskop ilə hesablaşır və atdığı hər addımda ulduz falına nəzər yetirir.

Ulduz falı əsasən gənc insanların maraq dairəsinə aid olur. Amma ulduz falı ilə digər yaş qrupunda olan insanlar da az maraqlanmır. Hər kəs doğularkən onun anadan olduğu günə uyğun bürclər dayanır. Qoroskopa görə, insan xüsusiyyətləri də məhz həmin bürclərə uyğun formalaşır.

Qoroskopa görə, Əqrəb, Balıqlar, Dolça və Tərəzilər ən ağıllı bürclərdir.

Əqrəb bürcü altında doğulanlar işlərinin peşəkarı olurlar. Kəskin zəkaya sahibdirlər. Təhlükəni anidən hiss edər və bütün problemlərə hazır vəziyyətdə dayanırlar.

Balıqlar da zəkaları ilə insanların sevimlisinə çevrilməyi bacarırlar. Həmişə ağıl və davranışları ilə nümunə olmağı sevən Balıqlar digərlərindən fərqlənirlər. Onlar həm də yaradıcı olurlar.

Dolça bürcü altında doğulanlar bilikləri və savadları ilə seçilirlər. Onların IQ-sü çox yüksək olur.

Tərəzilər də olduqca ağıllı və bacarıqlı olurlar. Onlar kollektivdə həmişə seçilməyi bacarırlar. IQ dərəcəsi Tərəzilərdə də yüksək olur.

BAKU.WS