Hansı bürc necə sevir və kimə aşiq olur? - QOROSKOP

Hansı bürc necə sevir və kimə aşiq olur? - QOROSKOP
Şou-biznes 7865

Bir çox insan qoroskop ilə hesablaşır və atdığı hər addımda ulduz falına nəzər yetirir.

Ulduz falı əsasən gənc insanların maraq dairəsinə aid olur. Amma ulduz falı ilə digər yaş qrupunda olan insanlar da az maraqlanmır.

Bəs hansı bürc necə sevir?

Qoçlar hərəkətli və enerjilidirlər. Onlar dəlicəsinə sevmək istərlər və partnyorundan eyni məhəbbəti görmək istərlər. Əgər eyni nəvaziş görmədikdə tədricən sevgiləri tükənər. Bundan sonra özlərinə yenə eşq axtarmağa başlarlar.

Buğalar çox mehriban və nazlı olurlar. Qoroskopa görə ən şəhvətli bürc sayılır. Romantic görüşlərə üstünlük verirlər. Duyğulu və çılğın Buğalar eyni zamanda dəlicəsinə sevişməyə üstünlük verirlər.

Əkizlər hər zaman başqalarına uzun müddət diqqət yetirməzlər. Sevgiyə gəlincə, ilk tələbiniz diqqətinizi çəkə biləcək birisidir. Planları tez-tez dəyişir. Bir sözlə, eşq məsələsində onlara güvənmək lazım deyil.

Xərçənglər güvəniləcək birini axtarırlar. Rahat həyata və hüzurlu həyat yaşamaq istəyərlər. Macaradan qaçar və sakitlik istərlər. Ona görə də, çılğın insanla əsla sona qədər sevgili olmazlar. Romantikaya üstünlük verərlər.

Şirlər diqqət çəkməyi sevərlər. Partnyorunuz tərəfindən sevilmək istərlər. Buna görə də, həmişə sevgili axtarışında olurlar. Özləri də diqqətcil olurlar. Sevgiyə önəm versələr də, diqqət görmədikdə xəyanət edərlər.

Qız bürcü altında doğulanlar utancaqdırlar. Onlar başqalarının xoşbəxtliyini öz xoşbəxtliyinizdən üstün tutmağa meyllidirlər. Xoş rəftar istərlər. Küsəyəndirlər. Sevgiyə böyük önəm verirlər.

Tərəzilər özlərinə uyğun partnyor axtarırlar. Planlar qurmağı sevməzlər. Münasibətlərinə digər bürclərdən daha çox üstünlük verirlər. Özünə inamı artırmaq üçün başqalarının fikirlərini diqqətdə saxlarlar. Tərifi sevərlər. Sevgiyə önəm verirlər.

Əqrəblər xasiyyətcə tünd və qətiyyətli olurlar. Qəlblərinə birini yaxın buraxmazdan əvvəl onu dəfələrlə sınaqdan keçirərlər. Kimsəyə güvənməzlər. Partnyorunda kiçik səhv və yalan görəndə həmin şəxsi dərhal silməyi bacarırlar. Asanlıqla dəlicəsinə sevdiklərini unuda bilərlər. Dostluqda vəfalı olsalar da, sevgililərinə eyni vəfanı göstərməzlər. Əqrəb kişilər şorgöz olurlar. Eyni zamanda ehtiraslı olurlar. Səmimiyyəti çox sevərlər.

Oxatanlar sevsələr də, azad olmağı istərlər. Bu səbəbdən də, kiməsə ürəkdən bağlanmaqdan qorxarlar. Macara axtaran və əylənməyi sevən birini axtarırlar. Eyni zamanda ailədə dəstəyə ehtiyac duyarlar.

Oğlaqlar elə də asan bürc sahibi deyillər. Nadir halda sevərlər. Lakin kimsə diqqətlərini çəkdikdə ona ürəkdən bağlanarlar. Xəyanəti sevməzlər və sevdikdə əsla özləri də xəyanət etməzlər.

Dolçalar sevgidə həmişə yaxşı olmurlar. Sevgiyə də inanmazlar. Romantikadan nifrət edərlər. Partnyor dost və sirdaş olaraq seçərlər. Sözləri uyğun olmayan biri ilə əsla ailə həyatı qurmaq istəməzlər. Hörmət etdikləri insanı tərk etməzlər.

Balıqlar ən həssas bürcdür. Əhvalları bir göz qırpımında dəyişə bilər. Olduğu kimi qəbul edilməyi sevərlər. Əhvallarının dəyişkən olmasını qəbul edən insana aşıq olarlar. Klassik sevgiyə, şam yeməyi, romantik bir gecəyə üstünlük verərlər. Dəlisov sevgilidən qaçarlar. Azad olmağı istərlər. Qısqanc insandan nifrət edərlər.

Son xəbərlər