Yağış, külək və rütubətli hava

Yağış, külək və rütubətli hava
Şou-biznes 1364

  Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz isə dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 18-də havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 24-27, Bakıda gecə 19-21, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 24-29, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacaq. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Sabah hava daha da soyuyacaq

Sabah hava daha da soyuyacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz isə dəyişkən buludlu olacağı, əsasən y...

1008 Şou-biznes 13:35 17 sentyabr 2015

Son xəbərlər