SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabirabadda hamilə arvadını döyüb onun övladının vaxtından əvvəl dünyaya gələrək ölməsinə səbəb olduğu iddia edilən şəxs danışıb.

Döyüldüyü deyilən qadının əri Vüsal Hüseynov qaynanasından şikayətçi olduğunu bildirib:

“Mənim haqqımda bu məlumatları yalnız o yaya bilər. Qızının oğlanla danışdığının açıq aşkar göründüyü telefon danışığının iki aylıq siyahısını çıxartdırmışam.

Evdən dərman tapmışam. Evə gəlib yemək yeyəndən sonra yuxum gəlirdi. Heçnədən xəbərim olmurdu. 2018-ci ildə ailə həyatı qurmuşam.

Aramızda bu vaxta qədər heç bir problem olmayıb. Oktyabr ayında oğlanla danışıqlarını tutdum və atasına zəng edib xahiş etdim ki, qızını aparsın. Qızını apardıqdan sonra məni polisə verdilər ki, güyə mən qızı döymüşəm”.

Daha ətraflı BAKU.TV-nin süjetində:

BAKU.WS
VİDEO