Mikayıl Cabbarov: "Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb"

Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb
Sosial 6

Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bildirib.

"2025-ci ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar Cənubi Qafqaz üçün də yeni bir fəsil açdı", - nazir bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birbaşa birləşdirəcək, gələcəkdə isə Orta Dəhlizin infrastrukturu ilə əlaqələndiriləcək.

"Mərkəzi Asiya ölkələri ötürücülük qabiliyyətinin daha da genişləndirilməsində maraqlıdırlar. Biz bunun sayəsində əlaqəliliyin bir istəkdən maliyyələşdirilə bilən layihələrə necə çevrildiyini görürük", - M.Cabbarov vurğulayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər