Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib
Siyasət 32

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Polşada müəyyən edilən daha bir şəxsin oktyabrın 1-də Azərbaycana ekstradisiyası həyata keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.

Belə ki, 2023-cü ildə tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxslərə yalan vədlər verməklə onlara külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Rüstəmov Zirəddin Elçin oğlunun yeri Polşa Respublikasında müəyyən olunub və o, həbs edilib.

Baş Prokurorluğun sorğusundan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Rüstəmov Zirəddin Elçin oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Polşanın Varşava şəhərindən ölkəyə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Son xəbərlər