VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Azərbaycanda döyüşlər başlayır. Peşəkar hərbçi olan ata ilə oğul arasında döyüşdən əvvəl kiçik telefon bağlantısı olur.

BAKU.WS
-in məlumatına görə, Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı ilə tanınmış hərbçi-jurnalist Rahib Qəribin iştirakı ilə qısa anons çarxı böyük duyğulardan xəbər verir.

ANS TV-nin "Marş” verilişi üçün çəkilən bu anons sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.

Veriliş yeni mövsümdə yenə də müharibələrin, döyüşlərin tarixindən, tanıdığınız və tanımadığınız sərkərdələrin, azərbaycanlı qəhramanların keçdiyi döyüş yolundan maraqlı materiallar verəcək. "Arsenal" rubrikasında ölkəmizdə və dünyada istehsal olunan ən yeni döyüş vasitələri, silah və texnikalarla tanışlıq olacaq. Bir sözlə baxmağa dəyər. 

Ziya Səccad
BAKU.WS