SİZİN REKLAM BURADA!
055 213 76 73


Qlobal böhranlar milyonlarla körpə və uşağın sağlamlığını təhdid etməkdə davam edir. Belə vəziyyətdə ən yaxşı çıxış yolu ana südü ilə qidalandırmadır.

BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, avqustun 1-dən 7-dək davam edən Ümumdünya Ana Südü ilə Qidalandırma Həftəsi çərçivəsində UNICEF və ÜST hökumətləri ana südü ilə qidalandırma proqramlarının, xüsusilə fövqəladə hallar şəraitində yaşayan ən həssas ailələr üçün təşviqi və dəstəklənməsinə daha çox vəsait ayırmağa çağırır.

Ana südü xəstəliklərə və uşaqlıqda kifayət qədər qidalanmamanın bütün formalarına, o cümlədən qida çatışmazlığına qarşı etibarlı müdafiədir.

Ana südü ilə qidalandırma uşağı bütün uşaq xəstəliklərindən qoruyaraq onun üçün ilk peyvənd rolunu oynayır.

Lakin emosional hisslər, fiziki tükənmə, şəxsi məkanın və özəlliyin olmaması, habelə fövqəladə hallar şəraitində anaların rastlaşdığı pis sanitariya şəraiti bir çox uşaqların onlara sağ qalmağa kömək edən ana südü ilə qidalanmanın üstünlüklərindən faydalanmaq imkanından məhrum edir.

Yeni doğulmuş uşaqların yarıdan az hissəsi həyatın ilk saatı ərzində ana südü ilə qidalanmır, bu da onları xəstəliklər və ölüm qarşısında daha aciz edir. Körpələrin yalnız 44 faizi həyatın ilk altı ayı ərzində sırf ana südü ilə qidalanır. Bu, Ümumdünya Səhiyyə Assambleyasının 2025-ci ilə qədər qarşıya qoyduğu 50 faiz hədəfindən azdır.

Məhz buna görə də UNICEF və ÜST hökumətləri, donorları, vətəndaş cəmiyyətini və özəl sektoru aşağıdakı istiqamətlər üzrə səyləri gücləndirməyə çağırır:

- xüsusilə qeyri-sabit vəziyyət və qida təhlükəsizliyi olmayan şəraitdə ana südü ilə qidalandırmanın dəstəklənməsi siyasət və proqramlara investisiyanın qoyulmasına üstün diqqət yetirmək;

- tibb işçilərini və qidalanma sahəsində işçiləri ana südü ilə qidalandırmanın uğurlu olması üçün analara keyfiyyətli məsləhət vermək üçün lazım olan bacarıqlarla təmin etmək;

-fövqəladə hallar da daxil olmaqla, ana südü əvəzedicilərinin Beynəlxalq Marketinq Kodeksini tam şəkildə qəbul etmək və həyata keçirməklə baxıcıları və tibb işçilərini süd qarışıqları istehsalçılarının qeyri-etik marketinq təsirlərindən qorumaq;

- analara vaxt, məkan və ana südü ilə qidalandırma üçün lazım olan dəstəyi təmin edən ailəyə qarşı dostluq siyasətini həyata keçirmək.

BAKU.WS