SİZİN REKLAM BURADA!
055 213 76 73


 

  

Astroloqlar bu günün ulduz falını hazırlayıblar.
 
Qoç ­- problemlәrin orijinal hәll yolunu tapın. Ekstravaqant hәrәkәtlәr vә qәrarlar zamanıdır. Tәxәyyülünüzü mәhdudlaşdırmayın. Parlaq ideyalar ola
bilәr. Çoxdan bәri mövcud olan fikir ayrılıqları, ixtilaflar vә problemlәri hәll etmәk mümkündür. Mәnasız vә kiçik mәsәlәyә görә münasibәtlәri
korladığınız insanlarla ünsiyyәti bәrpa edә bilәrsiniz. Günün ikinci yarısı romantik tәmaslar, sevdiyiniz insanlarla ünsiyyәtlәr üçün әlverişlidir. Şәxsi
hәyatınızla bağlı önәmli qәrarlar qәbul edә bilәrsiniz. Axşam saatlarını ailә üzvlәri ilә keçirin.

Buğa - iki hәftә әvvәl yaranmış mürәkkәb problemin hәllini tapmaq üçün әlverişlidir. Hәll yolu asan olmasa da, hәr halda hәrәkәt etmәyin gәrәkdiyi
istiqamәti müәyyәnlәşdirә bilәcәksiniz. Gözlәmәdiyiniz, bel bağlamadığınız dәstәyi alacaqsınız. Maliyyә mәsәlәlәri ilә bağlı çoxdan bәri hәllini tәlәb
edәn problemi günün ikinci yarısında hәll edәcәksiniz. Tәnbәllik etmәyin, süst davranmayın. Özünüzlә yanaşı, yaxın әtrafınızdakı insanlar üçün dә
maraqlı mәşğuliyyәt tapın. Qohumlar vә dostlarla әlaqәlәri möhkәmlәndirin. Axşam saatları ailәvi tәdbirlәr üçün münasibdir.

Әkizlәr -­ baş verәnlәrә rәğmәn soyuqqanlı vә tәmkinli davranın. Tәxribatlara uymayın. Mühüm qәrarları müstәqil şәkildә qәbul edin. Mәslәhәt almaq
fikriniz varsa, olayların mәcrasında maraqlı olmayan, obyektiv insanı seçin. Hadisәlәrin bu vә digәr formada inkişafında maraqlı olmayan insan sizә
yardımçı olacaq. Günün ikinci yarısında situasiyanı obyektiv dәyәrlәndirin. Yaxın әtrafınızdakı insanların mәnfi reaksiyasına vә tәnqidlәrinә hazır olun.
Ailәdә kiçik problemlәr, dostlarla mübahisәlәr istisna deyil. Çalışdığınız insanlarla nәzakәtli davranın. Axşam saatları sakit istirahәt üçün yaxşı
zamandır.

Xәrçәng -­ yaxşı ideyalarınız pis deyil. Mәqsәdә çatmaq üçün başqalarının tәcrübәsindәn yararlana bilәrsiniz. Uğurlar gözlәntilәrinizdәn dә artıq olacaq.
Qәfil tәkliflәr vә dәvәtlәr istisna deyil. İndiyәdәk sizdәn uzaq durmağa çalışan, görüş vә söhbәtlәrdәn yayınan insanlar günün ikinci yarısında әlaqә
yaratmağa çalışacaqlar. Şәxsi münasibәtlәr üçün әlverişli zamandır. Sevdiyiniz insan müttәfiqiniz olacaq. Axşam saatlarında yeni tanışlıqlar istisna
deyil. Tәmaslar çox dinamik inkişaf edәcәk.

Şir ­- yeni, genişmiqyaslı işә başlamağa dәymәz. Tәlәskәnliyә yol versәniz, emosional olsanız, özünüzlә yanaşı, әtrafdakı insanların da әhvalını
korlayacaqsınız. Maliyyә çәtinliklәri istisna deyil. Bәzi әşyaların alınmasını tәxirә salın. Günün ikinci yarısını uğursuz adlandırmaq çәtindir. Mühüm
saydığınız işlәrdә inkişaf olacaq. Yaxınlarınız sizә xoş sürpriz hazırlayıblar. Rәğbәt bәslәdiyiniz, maraqlı saydığınız insanlardan biri ilә vaxtınızı xoş
keçirәcәksiniz.

Qız -­ müsbәt tәmayüllәrin tәsiri güclәnir. Amma ciddi problemlәr yaranmayacaq. Böyük mәblәğlә risk etmәyin. Maliyyә avantüralarına qatılmayın.
Sürәtlә, asan şәkildә gәlir әldә etmәyә çalışmayın. Günün ikinci yarısında itkilәr ola bilәr. Buna rәğmәn әhvalınızı korlamayın. Yaşam potensialınızın
sәviyyәsi yüksәk olacaq. Tәnbәllik etmәyin, aktiv davranın. Axşam saatları maraqlı keçәcәk.

Tәrәzi -­ planlarınız vә niyyәtlәriniz barәdә yaxınlarınıza danışa bilәrsiniz. Yardımlardan imtina etmәyin. Müstәqil işlәmәyә can atmayın. Birgә fәaliyyәt
vә әmәkdaşlıq daha ef ektivdir. Problemlәrin hәlli yaradıcı yanaşma tәlәb edir. Günün ikinci yarısına olaylara orijinal nәzәr gәrәkdir. Sәnәdlәşdirmә vә
ya dövlәt qurumlarının nümayәndәlәri ilә tәmasları ertәlәyin. Romantik tәmaslar ümidlәri doğrultmayacaq. Sevdiyiniz adamı sevindirmәk üçün çalışın,
sәy göstәrin. Әnәnәlәri pozmaqdan çәkinmәyin. Dәyәr verdiyiniz insanlar sizi sәrt tәnqid etmәyәcәklәr.

Әqrәb ­- işlәrin әvvәlcәdәn nәzәrdә tutulmuş plan çәrçivәsindә getmәmәsi sizi ruhdan salmasın. Dediklәrinizi dәrhal anlamırlarsa, soyuqqanlı olun.
Problemlәrin hәllini tapa bilәrsiniz. Sadәcә, qüvvәlәrinizi vә situasiyanı real dәyәrlәndirin. Bunun üçün gәrәkli nüanslar var. Alış­verişdә bәdxәrclik
etmәyin. Günün ikinci yarısında yaxınlarınızı sevindirә bilәrsiniz. Dәvәt aldığınız tәdbirә qatılın. Yeni tanışlıqlar istisna deyil. Axşam saatlarında tәnha
qalmaq istәyәcәksiniz. Sakitlәşin, qüvvәlәrinizi bәrpa edin.

Oxatan ­- baş verәnlәrә rәğmәn nikbin olun. Situasiyanı yanlış dәyәrlәndirmәyin. Gün çәtinliklәrdәn xali deyil, amma sonuc pis deyil. Yeni ideyaları
sürәtlә hәyata keçirәcәyinizi düşünmәyin. Bununla belә, hәmin ideyaları unutmayın. Vaxt gәlәndә, onları hәyata keçirә bilәrsiniz. Günün ikinci yarısında
uzunmüddәtli layihәlәri müzakirә etmәk olar. Yaxın gәlәcәklә bağlı planların tәhlilә ehtiyacı var. Sakit vә soyuqqanlı olun, tövrünüzü pozmayın.
Ünsiyyәtdә sәrvaxt davranın. Әn aqressiv insanlarla dil tapmağa çalışın. Axşam saatları dәvәt aldığınız tәdbirә qatılmaq üçün münasib zamandır.

Oğlaq - soyuqqanlı olun, tәmkinli qәrarlar verin. Kimsәyә imkan vermәyin ki, sizi tәbdәn çıxarsın. Günün ilk yarısında әhvalınız korlanarsa, emosional
qәrarlar vermәyin. Yaşlı qohumlarla ünsiyyәtdә problemlәr ciddi deyil. Günün ikinci yarısında situasiya ilk baxışdan göründüyü kimi fәsadlar vәd etmir. Mübahisәlәrdә geri çәkilmәyә tәlәsmәyin. Sәbrli olsanız, baxışlarınızı vә mövqelәrinizi müdafiә edә bilәrsiniz. Maliyyә fonu uğurlu deyil. Planları
reallaşdırmaq üçün pul çatışmır. Borc almaq әsla mәslәhәt deyil. Axşam saatlarında şәxsi münasibәtlәrdә ciddi irәlilәyişlәr ola bilәr.

Dolça -­ işlәr pis deyil. Problemlәr yaransa da, onlar önәmli deyil. Layiq olduğundan artıq inandığınız insanlar problem yaradacaq. Sinirlәnmәyin,
aqressiv olmayın. Baş verәnlәri dәqiq qiymәtlәndirib davranışınızda dәyişikliklәr edin. Günün ikinci yarısı dostlarla görüş, planlaşdırılmamış tәmaslar
üçün әlverişlidir. Yeni tanışlıqlar istisna deyil. Haqlarında yaxşı sözlәr eşitdiyiniz insanlarla tәrәfdaşlığa başlaya bilәrsiniz. Axşam saatları yaşlı
qohumlarla ünsiyyәt üçün münasibdir. Onlara qayğı bәslәyin, diqqәtli davranın.

Balıqlar ­- uğurlu vә sәrfәli gündür. Qәfil nailiyyәtlәr, xoş tәsadüflәr istisna deyil. Kәdәr vә melanxoliyaya meylli olsanız da, әhvalınızı korlamayın. Yeni
maraqlar, planlar vә ideyalar peyda olacaq. Yeni mәlumatlar, faydalı tәcrübә әxz etmәyә çalışın. Günün ikinci yarısında maraqlı romantik macәra
istisna deyil. Tәәssüratlar unudulmayacaq. Yeni münasibәtlәrә başlaya bilәrsiniz. Axşam saatlarını ailә üzvlәrinizә hәsr edin.
 
BAKU.WS