SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Qoç - Həmkarlarınızla, qonşu və qohumlarınızla aranızda mübahisələr yarana bilər. Təmkinli olsanız, hər şey həllini tapacaq.

Buğa - İşgüzar əlaqələri gücləndirməlisiniz. Şəxsi həyatınızda mühüm rol oynayan adamlarla ünsiyyəti yaxşılaşdırın. 

Əkizlər - Maddi problemləriniz daha da çoxalacaq. Çıxış yolu tapmaqda çətinlik çəkəcəksiniz. 

Xərçəng – Günü əyləncəli keçirə bilərsiniz. Təbii ki, bun un üçün sevdiyiniz dostlarınızı görüşə razı salmalı olacaqsınız. Sevindirici xəbərlər, maraqlı məclislər gözlənilir. 

Şir - Özünüzü tərifləməkdən əl çəkin. Bu sizə qarşı aqressiya yaradır. 

Qız - Enerjili hiss edəcəksiniz. Idmana və çoxdan bəri yığılıb qalmış işlərə nəhayət ki, vaxt ayıracaqsınız. 

Tərəzi – Bikef olacaqsınız. Xoşagəlməz hadisələrlə üzləşmək ehtimalınız var. 

Əqrəb - Hər mənada düşərli gündür. İstər qarşılıqlı münasibətlərdə, istərsə də şəxsi büdcənizin dirçəlməsində uğura yiyələnəcəksiniz. Axşam isə doğmalarınıza baş çəkməyiniz yaxşı olar.
 
Oxatan - Sağlamlığınızla bağlı bir neçə problemlə rastlaşma ehtimalınız var. Səhhətinizi qoruyun. Bol miqdarda su için, meyvə və tərəvəzə üstünlük verin. 

Oğlaq – Ürəkaçan xəbərlər eşidəcəksiniz. Nahardan sonra maddi baxımdan sizi çətinliyə sala biləcək əlavə xərclər çıxa bilər.

Dolça - Sevinəcəksiniz. Büdcənizdə ciddi artım ola bilər. Həmkarlarınızla dil tapmağa çalışın.
 
Balıq - Əsəbləriniz tarıma çəkilcək. Bir neçə nəfərlə mübahisə edəcəksiniz. Özünüzü yormayın. Onsuz da nə deməyinizdən asılı olmayaraq, onların fikirləri sabit qalacaq.