Bürclər nə vəd edir? - 08 iyun
Qoç - Həmkarlarınızla, qonşu və qohumlarınızla aranızda mübahisələr yarana bilər. Təmkinli olsanız, hər şey həllini tapacaq.
Buğa - İşgüzar əlaqələri gücləndirməlisiniz. Şəxsi həyatınızda mühüm rol oynayan adamlarla ünsiyyəti yaxşılaşdırın.
Əkizlər - Maddi problemləriniz daha da çoxalacaq. Çıxış yolu tapmaqda çətinlik çəkəcəksiniz.
Xərçəng – Günü əyləncəli keçirə bilərsiniz. Təbii ki, bun un üçün sevdiyiniz dostlarınızı görüşə razı salmalı olacaqsınız. Sevindirici xəbərlər, maraqlı məclislər gözlənilir.
Şir - Özünüzü tərifləməkdən əl çəkin. Bu sizə qarşı aqressiya yaradır.
Qız - Enerjili hiss edəcəksiniz. Idmana və çoxdan bəri yığılıb qalmış işlərə nəhayət ki, vaxt ayıracaqsınız.
Tərəzi – Bikef olacaqsınız. Xoşagəlməz hadisələrlə üzləşmək ehtimalınız var.
Əqrəb - Hər mənada düşərli gündür. İstər qarşılıqlı münasibətlərdə, istərsə də şəxsi büdcənizin dirçəlməsində uğura yiyələnəcəksiniz. Axşam isə doğmalarınıza baş çəkməyiniz yaxşı olar.
Oxatan - Sağlamlığınızla bağlı bir neçə problemlə rastlaşma ehtimalınız var. Səhhətinizi qoruyun. Bol miqdarda su için, meyvə və tərəvəzə üstünlük verin.
Oğlaq – Ürəkaçan xəbərlər eşidəcəksiniz. Nahardan sonra maddi baxımdan sizi çətinliyə sala biləcək əlavə xərclər çıxa bilər.
Dolça - Sevinəcəksiniz. Büdcənizdə ciddi artım ola bilər. Həmkarlarınızla dil tapmağa çalışın.
Balıq - Əsəbləriniz tarıma çəkilcək. Bir neçə nəfərlə mübahisə edəcəksiniz. Özünüzü yormayın. Onsuz da nə deməyinizdən asılı olmayaraq, onların fikirləri sabit qalacaq.
Oxşar xəbərlər
Bürclər nə vəd edir? - 26 may
Qoç – Səhhətinizə fikir verin. Yağlı qidalar yeməyin. Bu gün yaranan münaqişə nəticəsində ailədaxili münasibətlər pozula bilər. Buğa – Şəxsi öhdəlikləriniz art...