SİZİN REKLAM BURADA!
055 213 76 73


“Gəncə-Odessa birbaşa avia reysi açılacaq. Bu barədə razılığa gəlinib”.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, bu fikirləri Gəncə şəhərində səfərdə olan Ukrayna Respublikasının İnfrastruktur naziri Valadislav Klikliy bildirib. Nazirin sözlərinə görə, Gəncə şəhəri ilə bağlı bir sıra layihələr də var.

“Odessa və Gəncə şəhərlərinin qardaşlaşması ilə bağlı danışıqlar apardıq. Çox böyük ehtimalla, bu haqda sentyabr ayında memorandum imzalayacağıq.

Bundan əlavə, Azərbaycan Dövlət Aqrar Universiteti ilə Odessanın Aqrar Universiteti arasında memorandum da imzaladıq.

Bu, bizə kənd təsərrüfatı istiqamətində qarşılıqlı elmi mübadilələrin aparılmasına imkan yaradacaq, həmçinin işğaldan azad olunan Dağlıq Qarabağda kənd təsərrüfatının inkişaf etdirilməsində müsbət rol oynayacaq”, - deyə V.Klikliy bildirib.

BAKU.WS