SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda 70 yaşlı evli kişi 24 yaşlı sevgilisini oğlunun toyuna dəvət edib.

BAKU.WS “sonxeber.az”a istinadən xəbər verir ki, bu barədə "Elgizlə izlə" verilişinə müraciət edən qadın bildirib.

O söyləyib ki, atasının maddi durumu yaxşı olub:

"Ailədə 3 uşaq olmuşuq. 8 ildir ki, bizim günümüz qaradır. Çünki atam 36 yaşlı qadınla sevgilidir. Qadının 24 yaşı olandan atam onunla görüşür.

Harada tanış olduqlarını bilmirəm. Amma qadın atamla kişi məclisində tanış olduğunu söyləyib. Atam sevgilisini qardaşımın toyuna da gətirmişdi. Soruşanda da onu bizə dostunun bacısı kimi təqdim edib. Qadınla atam toyda hətta qol qaldırıb oynadılar.

Əvvəl atam Ukraynada işləyirdi. Sonrada onunla görüşməyə başlayıb. Hələ anamla evli olandan atam bu qadınla sevgili olub.

Anam atamla 2016-cı ildə boşanıb. Atam ilk əvvəl o qadının nömrəsini kişi adı ilə qeyd etmişdi. Sonra isə atama gələn zənglər məni narahat etməyə başladı.

Mən həmin nömrəyə zəng edəndə gördüm ki, qadındır. Mən ona sms yazıb kim olduğunu soruşanda "get, atandan soruş" dedi. Sizdən kömək istəyirəm. Xahiş edirəm ki, mənə yardım edəsiniz".

BAKU.WS