Zaqatalada qardaş qardaşı bıçaqlayıb

Zaqatalada qardaş qardaşı bıçaqlayıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Lahıc kənd sakini, 1988-ci il təvəllüdlü Sərxan İsmayıl oğlu Abdullayev sağ boğaz nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
S. Abdullayevə lazımi tibbi yardım göstərilir, müalicəsi xəstəxanada davam etdirilir. S. Abdullayevin vəziyyətinin orta-stabil olduğu bildirilir.
Araşdırma zamanı məlum olub ki, S. Abdullayev özündən doqquz yaş böyük qardaşı Kənan Abdullayev ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı K. Abdullayev üzərində olan bıçaqla S. Abdullayevi bıçaqlayıb.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Oğlunu öldürdüb gəlini ilə eşq yaşayan ata - Azərbaycanda ən səs-küylü QƏTLLƏR
Azərbaycanda elə cinayət hadisələri baş verib ki, onlar böyük səs-küyə səbəb olub, cinayətin detalları isə insanın qanını donduran tipdən olub. BAKU.WS “Ölkə.Az...