Ağdamda gənc oğlan həmyerlisini bıçaqlayıb

27
mar
2020
23:28
Ağdamda bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb.
Kənd sakini, 1994-cü il təvəllüdlü Qəhrəmanov Mahir Tahir oğlu həmyerlisi, 1999-cu il təvəllüdlü Səmədov Eldəniz Qalib oğlu tərəfindən bıçaqla vurulub. Yaralı M.Qəhrəmanov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. E.Səmədov Ağdam Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ərini yataqda öldürən Aynurədən ŞOK SÖZLƏR: "Mənə elə şey təklif etdi ki…"
Göygöl rayonunda ərini öldürməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Aynurə Qəhrəmanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS teleqraf.com...
