Ağdamda gənc oğlan həmyerlisini bıçaqlayıb

Ağdamda gənc oğlan həmyerlisini bıçaqlayıb
Hadisə 213

Ağdamda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb.

Kənd sakini, 1994-cü il təvəllüdlü Qəhrəmanov Mahir Tahir oğlu həmyerlisi, 1999-cu il təvəllüdlü Səmədov Eldəniz Qalib oğlu tərəfindən bıçaqla vurulub. Yaralı M.Qəhrəmanov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. E.Səmədov Ağdam Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər