Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT – Odunla döydü, bıçaqladı və diri-diri yandırdı

Ötən gün Astara rayonundə dəhşətli cinayət baş verib.
BAKU.WS xəbər verir ki, 1961-ci il təvəllüdlü Cabir Mürvət oğlu Əliyev Şiyəkəran kənd sakini Sadiq Novruz oğlu Əliyevin evində yanaraq ölüb.
Cabir Əliyevin meyitinə məhkəmə-tibbi ekspertlərinin iştirakı ilə baxış keçirilib.
Araşdırmalar nəticəsində Sadiq Novruz oğlu Əliyev Astara rayon Prokurorluğunun əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub.
S.Əliyev dindirilmə zamanı etiraf edib ki, Cabir Mürvət oğlu Əliyevlə şəxsi münaqişə zəmnində mübahisə edib. Mübahisə zamanı onu odun parçası ilə döyüb.
Daha sonra onu bıçaqlayıb. Daha sonra evə od vurub yandırıb. Özü isə oradan çıxıb.
Faktla bağlı Astara rayonu Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Dostunu pis yoldan çəkindirmək istəyən polis bıçaqlandı - TƏFƏRRÜAT
Mingəçevirdə polisin bıçaqlanması ilə bağlı cinayət işi başlanıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün şəhərin Samux küçəsindəki Mingəçevir...