SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, 1939-cu il təvəllüdlü Səlimov Məzahir Nağı oğlu Nəriman Nərimanov küçəsində yerləşən mənzildə yaşayan 1975-ci il təvəllüdlü Fidan Babayeva ilə mübahisə edib. O, mübahisə zəminində F.Babayevanın boğazına bir neçə bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları M.Səlimovu saxlayıb.
BAKU.WS