Bakıda 26 yaşlı oğlan güllələndi - Atəş açan AXTARILIR

07
avq
2019
10:03
Bakının Nərimanov rayonunda güllələnmə hadisəsi baş verib.BAKU.WS oxu.az-a istinadən verdiyi xəbərə görə, Rasim Muxtarov küçəsi 43 ünvanında baş verən mübahisə zamanı 1993-cü il təvəllüdlü Sədiyev Ziyadxan Rafiq oğlu sol ayağından güllə yarası alıb.Yaralı şəhər xəstəxanasına yerləşdirilib. Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin 16-cı bölməsinin əməkdaşları cəlb edilib.Hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları davam etdirilir.Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda 26 yaşlı gənc bıçaqlanıb
Bakıda gənc oğlan bıçaqlanaraq ağır xəsarət alıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.Belə ki, 1993-cü il təvəllüdlü Hü...
