Bakıda elçilikdən sonra sevgilisi tərəfindən öldürülən qızın görüntüsü yayıldı - VİDEO
01
iyn
2018
16:56
Sabunçu rayonunun Balaxanı qəsəbəsində güllələnmə hadisə baş verib.ARB TV xəbər verir ki, Silahlı şəxs Qılman Salahov küçəsi 13 ünvanında üzünə qapını açan 58 yaşlı Esmira Cəfərovanı və qızı 17 yaşlı Aytən Cəfərovanı güllələyib və evi tərk edib. Güllə səsinə gələn qonşular yaralıları 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Məlumata görə, qətli törədən 19 yaşlı Sabir Qədirovun ailəsi hadisə baş verən gün Cəfərovların evinə elçiliyə gəlib. Həri mərasimində qərarlaşdırıblar ki, nişan Ramazan ayından sonra olsun. Ancaq iki gənc arasında yaşanan mübahisə toyu vaya çevirib. Mərhumun qohumu: “Nə olubsa ikisinin arasında olub. Bu gün hərisi verilib deyəsən. Sonra da götürüb tüfəngi güllələyib”. Güllələnmə baş verən ünvanda polis və prokurorluq əməkdaşları olublar. Hadisəni törətməkdə şübhəli bilinən Sabir Qədirov keçirilən əməliyyat nəticəsində saxlanılıb. Faktla əlaqədar Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. BAKU.WS
Oxşar xəbərlər
Bakıda oğlan elçi göndərdiyi qızı və anasını güllələdi ŞOK TƏFƏRRÜAT
Sabunçu rayonunda gənc oğlan qızı və anasını güllələyib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, olay Qılman Salahov 15 ünvanında baş verib.Belə ki, ötən gec...