VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


 
Qarabağda aprelin 2-dən 5-nə qədər davam edən, Azərbaycan silahlı qüvvələrinin təmas xəttinin bəzi istiqamətlərində irəliləməsi ilə nəticələnən 4 günlük müharibə nüfuzlu ekspert çevrələrində də təhlil olunur.

Virtualaz.org xəbər verir ki, rusiyalı politoloq, şərqşünas və islamşünas, Moskva Karnegi Mərkəzinin eksperti Aleksey Malaşenko əldə edilmiş atəşkəs razılaşmasına baxmayaraq bu cür toqquşmaların davam edəcəyini deyib.

Rusiya KİV-lərinə müsahibəsində ekspert deyib ki, Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıya biləcəyinə dair müntəzəm olaraq verdiyi bəyanatlar boş sözdür. "Ermənistan heç nəyi tanıyan deyil. Bu cür toqquşmalar isə müntəzəm olaraq davam edəcək. Şəxsən mən bu münaqişədən çıxış yolu görmürəm”-Malaşenko deyib.

Ekspertin sözlərinə görə, Ermənistanın KTMT üzvü olması ona heç nə vermir. Çünki bu təşkilat formaldır, faktiki olaraq hərbi blok kimi işləmir. "Siz təsəvvür edə bilərsinizmi ki, məsələn, qazaxlar və qırğızlar Azərbaycanla döyüşəcək? Düzdür, təsəvvür edə bilməzsiniz. Onlar Ermənistanın tərəfində döyüşə gedən deyillər”-Malaşenko bildirib.