“Mən çıxış yolu görmürəm, Qarabağda toqquşmalar davam edəcək...”

“Mən çıxış yolu görmürəm, Qarabağda toqquşmalar davam edəcək...”
Siyasət 1588

Qarabağda aprelin 2-dən 5-nə qədər davam edən, Azərbaycan silahlı qüvvələrinin təmas xəttinin bəzi istiqamətlərində irəliləməsi ilə nəticələnən 4 günlük müharibə nüfuzlu ekspert çevrələrində də təhlil olunur.

Virtualaz.org xəbər verir ki, rusiyalı politoloq, şərqşünas və islamşünas, Moskva Karnegi Mərkəzinin eksperti Aleksey Malaşenko əldə edilmiş atəşkəs razılaşmasına baxmayaraq bu cür toqquşmaların davam edəcəyini deyib.

Rusiya KİV-lərinə müsahibəsində ekspert deyib ki, Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıya biləcəyinə dair müntəzəm olaraq verdiyi bəyanatlar boş sözdür. "Ermənistan heç nəyi tanıyan deyil. Bu cür toqquşmalar isə müntəzəm olaraq davam edəcək. Şəxsən mən bu münaqişədən çıxış yolu görmürəm”-Malaşenko deyib.

Ekspertin sözlərinə görə, Ermənistanın KTMT üzvü olması ona heç nə vermir. Çünki bu təşkilat formaldır, faktiki olaraq hərbi blok kimi işləmir. "Siz təsəvvür edə bilərsinizmi ki, məsələn, qazaxlar və qırğızlar Azərbaycanla döyüşəcək? Düzdür, təsəvvür edə bilməzsiniz. Onlar Ermənistanın tərəfində döyüşə gedən deyillər”-Malaşenko bildirib.

Oxşar xəbərlər

Azərbaycan blits-müharibədə hansı məqsədlərə nail oldu?

Azərbaycan blits-müharibədə hansı məqsədlərə nail oldu?

Azərbaycan ordusunun davranışı və hərəkəti göstərir ki, 3 günlük əməliyyatlar zamanı qarşıya qoyulmuş siyasi-hərbi məqsədlərə tam nail olunub. Bunu Milli.Az-a...

1503 Siyasət 23:38 08 aprel 2016

Son xəbərlər