VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Demək olar ki, 30 ilə yaxındir ki, Cənubi Qafqazda Böyük Avropanın nizamlanmamış münaqişələri arasında ən təhlükəli olan Dağlıq Qarabağ münaqişəsi "mürgüləyir".

ANS PRESS-in məlumatına görə, bu barədə britaniyalı jurnalist, Karneqi Beynəlxalq Sülh Fondunun təhlilçisi, Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaalın "The New York Times" qəzetində dərc olunan məqaləsində deyilir.

Politoloq xatırladır ki, 1980-ci illərdə bu region SSRİ-nin ilk və sənunci prezidenti Mixail Qorbaçovu dalana dirədi, 1990-cı illərdə isə regionda 20 min insan dünyasını dəyişdi, 1 miliyondan artıq insan qaçqın vəziyyətinə düşdü, 1994-cü ildə isə Ermənistan Azərbaycana qalib gəldi və iki ölkə arasında atəşkəs barədə razılıq əldə olundu, amma bu, tam sülh müqaviləsi olmadı.

Ötən həftə Dağlıq Qarabağ dünyaya özünü xatırlatdı: görünür, müharibə edən tərəflərdən biri - böyük ehtimalla Azərbaycan - qərar verdi ki, vəziyyəti dəyişsin.

"Dağlıq Qarabağda yeni gemişmiqyaslı münaqişə əsl dəhşət ola bilərdi. Belə ki, hər iki tərəfdə yeni silahlar var, böyük ehtimalla onlarla gənc insan dünyasını dəyişəcək. Onsuzda münasibətləri gərgin olan Türkiyə və Rusiya regionda müharibəyə cəlb oluna bilərlər. Regionda böyük əməliyyatların başlaması Gürcüstan, İran və Şimali Qafqazda (Rusiya) sabitliyi pozacaq. Eyni zamanda Xəzər dənizindən başlayan neft və qaz boru kəmərləri təhlükə altına düşəcək", - Tomas de Vaal yazır.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ümidverici məqam ondan ibarətdir ki, artıq danışıqlar prosesi başlayıb. Politoloq bildirib ki, əslində müanqişə ilə bağlı sülh planı mövcuddur.
 
BAKU.WS