SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistan Silahlı Qüvvələri dinc vətəndaşları hədəf almaqda davam edir.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, erməni silahlı bölmələri növbəti dəfə Tovuzun Dondar Quşçu kəndini atəşə tutub. Atəşin təsirini kənd sakinləri ilə bərabər orada olan media nümayəndələri və bölgədə olan Millət vəkilləri Arzu Nağıyev, Qənirə Paşayeva, onların köməkçiləri də hiss ediblər.

Qeyd edək ki, dünən Qənirə Paşayevə erməni silahlı qüvvələrinin atəşlərinin təsirindən bir anlıq müvazinətini itirərək yıxılıb və qolunu zədələyib.

Ərazidə olan vətəndaşlardan, jurnalistlərdən və deputatlardan heç kimin ciddi xəsarət almadığı bildirilir.

BAKU.WS