VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vurduqdan sonra ermənilərini itkilərini açıqlamağa başlayıb.
 
BAKU.WS-in məlumatına görə, Ermənistan tərəfi 3 hərbçinin yaralandığını bildirib. Məlumatda qeyd edilir ki, Robert Qasparyan (1969-cu il), Ambartsum Artünyan (1997-ci il) və Vaqe Badalyan (1998-ci il) qəlpə yarası alıb.

Azərbaycan ordusunun sarsıdıcı zərbəsindən böyük itkilər verən düşmən itkilərini həmişəki kimi mərhələli şəkildə hissə-hissə açıqlayır. Yaxın saatlarda Ermənistan tərəfinin yeni itkiləri barədə açıqlamalar verəcəyi gözlənilir. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində 1997-ci il təvəllüdlü erməni hərbçi Vazgen Martirosyan da öldürülüb. Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın yazdığı bu məlumatı da Ermənistan tərəfi etiraf etmir. Bu isə düşmənin hər vəclə itkilərini gizlətməyə çalışdığını əyani olaraq sübut edir. 
 
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən əldə olunan dəqiq məlumata əsasən, Ermənistan hərbi birləşmələri növbəti dəfə təxribat törətmək məqsədilə döyüşə hazırlıq vəziyyətinə gətirilib.
 
Ermənistan tərəfindən məqsədyönlü şəkildə yenidən planlaşdırılan təxribatın qarşısının və Alxanlı kəndində həlak olan dinc sakinlərin qisasının alınması üçün iyulun 7-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vurub.

Cəbhənin Füzuli-Xocavənd istiqamətindəki qoşunlarımızın həyata keçirdiyi bu fəaliyyət nəticəsində, ilkin məlumata görə, düşmənin tabor mərkəzinə daxil olan bölmələrin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq bərpa olunmaz vəziyyətə salınıb.

Dinc əhaliyə və şəxsi heyətə qarşı düşmənin istənilən fəaliyyətinin qarşısını dərhal almaq və onun atəş nöqtələrinə cavab zərbələri endirmək məqsədilə qoşun növləri və qismləri döyüş tətbiqi üçün hazır vəziyyətə gətirilib.

Hazırda bütün cəbhə boyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.
 
BAKU.WS