VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
  
Texniki baxımdan Azərbaycan və Ermənistan müharibəyə tam hazırdır.

BAKU.WS xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Agentlik yazır ki, Qarabağda Rusiya istehsalı olan "İsgəndər” raketləri İsrailin istehsal etdiyi taktiki dronlarla qarşı-qarşıya gələcək.

"Azərbaycan və Ermənistan aprel döyüşlərindən sonra bir ay ərzində hərbi arsenalını xeyli artırdı. Ermənistan "İsgəndər” ballistik raketlərini əldə etdi, Azərbaycan isə İsrailin taktiki dronları aldı və hazırda Pakistanın yüksək texnologiyalı silahlarını almaq niyyətindədir”, - məqalədə deyilir.

Böyük Britaniyanın "Chatham House” institutunun ekspertlərinin fikirlərinə görə, iki ölkənin silahlanma yarışına girməsi Qarabağda böyük hərbi əməliyyatların başlayacağına işarədir.

Bloomberg qeyd edir ki, ABŞ-da prezident postuna Donald Trampın seçilməsi ilə əlaqədar Rusiya ilə ABŞ arasında Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların gələcəyi barədə qeyri-müəyyənlik Cənubi Qafqaz regionunda vəziyyəti daha da gərginləşdirib.
 
Saməddin Mehralıyev
BAKU.WS