VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşğaldan azad olunan Qarabağ rayonlarında tikinti işlərinin aparılması ölkədə işsizlik probleminin aradan qaldırılmasına böyük töhfə verib. Belə ki, azad olunan ərazilərin yenidən normal həyata qayıtması üçün regionda kifayət qədər iş yerləri açılıb.

Müxtəlif vaxtlarda vətəndaşlar BAKU.WS-in "qaynar xətti"nə müraciət edərək real vakansiyalar barədə onlara məlumat verilməsini istəyiblər.

Bu məqsədlə Dövlət Məşğulluq Agentliyinə sorğu ilə müraciət etdik və real vakansiyalarla vətəndaşlarımızın necə tanış ola biləcəyini soruşduq.

Dövlət Məşğulluq Agentliyinin Strateji kommunikasiya departamentinin müdiri Mayis Musayev BAKU.WS-ə açıqlamasında Qarabağda işləmək istəyənlər üçün müjdəli xəbər verib. Belə ki, qurum rəsmisi bildirib ki, mövcud vakansiyalarla bağlı Qarabağda iş platformasından yararlanmaq mümkündür:

"Hazırda Dövlət Məşğulluq Agentliyinin rəsmi internet səhifəsində "Qarabağ" adlı platformada vətəndaşlar onlara uyğun vakansiyalarla tanış ola və müraciət edə bilərlər. Vakansiyalar işğaldan azad edilən əksər rayonları əhatə edir və əmək haqları vakansiyalara görə dəyişir".

Qeyd edək ki, adı çəkilən saytda Cəbrayıl, Zəngilan, Ağdam, Laçın, Şuşa və Xocavənd rayonları üzrə vakansiyalar mövcuddur. Vakansiyalar zaman-zaman yenilənəcək və yeni iş yerləri vətəndaşlara təqdim olunacaq.

İşğaldan azad olunmuş ərazilərdə işləmək istəyən vətəndaşlar BU LİNKƏ DAXİL OLA BİLƏRLƏR

Orxan Hüseyn
BAKU.WS