VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bir neçə gün əvvəl Serj Sarkisyanın "itirilmiş 800 hektar ərazinin strateji əhəmiyyəti yox idi” sözlərini tənqid edən qondarma rejim rəsmisi Ayk Xanumyan vəhşicəsinə döyülüb.

ANS PRESS-in məlumatına görə, qondarma Dağlıq Qarabağ respublikası "parlamentinin" "Milli Dirçəliş" fraksiyasının rəhbəri Xanumyan parlamentin binasından çıxarkən döyülüb.

Səkkiz nəfər mülki geyimli kişi onun üzərinə hücum edib və döyməyə başlayıblar. Şahidlərin sözlərinə görə, o, döyüldükdən sonra xəstəxanaya yerləşdirilib.

 Ayk Xanumyanın həyat yoldaşının sözlərinə görə, ərini heç kim hədələməyib.

Ayk Xanumyan qondarma Dağlıq Qarabağ respublikasının "müdafiə naziri”, general Samo Babayanın əsas dəstəkçilərindən hesab edilir.

Samo Babayan Ermənistan mətbuatına müsahibəsində Serj Sarkisyanın hərbi və siyasi taktikalarını dəfələrlə tənqid edib. O, "mən qorxuram ki, qarşı tərəf tezliklə İrəvana çatacaq və burada çay içəcək" sözləri ilə gündəmə gəlib.

Ayk Xanumyan - qondarma rejim rəsmisi  

Döyülən Ayk Xanumyan da Sarkisyan rejimini tənqid etməkdə dəstəkçisindən geri qalmır. Serj Sarkisyanın "itirilmiş 800 hektar ərazinin strateji əhəmiyyəti yox idi” sözlərini şərh edərkən Xanumyan deyib ki, mövqeləri itirdikləri üçün əhali Talış kəndinə qayıda bilmir. O, Sarkisyanı qeyri-adekvat adlandırıb.

Yəqin ki,  Babayan və Xanumyanın çıxışları və tənqidləri Serj Sarkisyanı özündən çıxarıb. Bu səbəbdən o, cəza tədbirlərinə əl atmağa başlayıb. Aprel hadisələrindən sonra "Qarabağ klanı”nın içərisində parçalanmalar açıq-aşkar hiss edilir. Çünki onlar eyni hakimiyyəti təmsil etsələr də Azərbaycanın azad etdiyi torpaqlarla bağlı bir-birlərini təkzib edən açıqlamalar verirlər. 

BAKU.WS