Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır
Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır.
Baş Prokurorluğunun Mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, mayın 12-də Gəncə şəhəri, Fikrət Əmirov küçəsi 22/22 ünvanındakı 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın nəticəsində 1967-ci il təvəllüdlü Adil Alıyevin ölməsi və 1961-ci il təvəllüdlü Gülnaz Şahməmmədovanın xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən prokuror-kriminalist və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib
İlkin ehtimallara əsasən yanğın tez alışan məhlulun alovlanması nəticəsində baş verib
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır
Hadisənin təfərrüatlarının tam, obyektiv və hərtərəfli araşdırılması istiqamətində operativ tədbirlər həyata keçirilməklə müvafiq qərarın qəbul olunması təmin olunacaqdır.
Oxşar xəbərlər
Bakıda binanın qarajında insident: "Polkovnik qardaşımı vurdu, atam infarkt keçirib öldü"
Bakının Nəsimi rayonu ərazisində sürücülər arasında ciddi mübahisə baş verib. BAKU.WS xəbər verir ki, "Qafqazinfo"ya müraciət edən H.Əsgərli bildirib ki, hadisə...