SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Ermənistan tərəfi aprel hadisələrində strateji baxımdan böyük əhəmiyyətə malik yüksəklikləri itirib. İndi onlar bu məsələni gizlətmək üçün yüksəkliklərin çox əhəmiyyətsiz olduğunu deyirlər”.

Bu sözləri "Kommandos" ləqəbli general-mayor Arkadi Ter-Tadevosyan deyib.
 
General Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərin yaxınlığında ermənilərin yaşaya bilmədiklərini də boynuna alıb və arzularını dilə gətirib. "İndi biz bu yüksəklikləri qaytarmalıyıq ki, Talış, Martakert və Madagiz sakinləri sakit yaşaya bilsinlər".
 
Bu məsələni bizim Müdafiə Nazirliyimiz və ölkə rəhbərliyi düşünməlidir. Biz itirdik və bu hündürlüklərə görə itirməkdə davam edəcəyik. Talış kəndində insanlar yaşamırlar. Qarabağın ən böyük şəhəri Martakert atəşin altında olur. Təbii ki, bu hündürlükləri qaytarmaq lazımdır ki, insanlar sakitcə evlərinə qayıda bilsinlər".
 
BAKU.WS