Füzuli aerovağzalının tikintisi üçün 240 ha ərazi minadan təmizlənib

"Füzulidə Aerovağzal kompleksinin köməkçi binalarının elektrik enerjisi ilə təmin olunması üçün uzunluğu 2,5 kilometr olan hava xətləri çəkilir".
BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin nümayəndəsi Valeh Əmiraslanov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, aerovağzalın tikintisi üçün 240 ha ərazi minadan təmizlənib: "Həmin ərazinin təxminən 130 hektarında tikinti işləri gedir.
Qalan ərazilər isə köməkçi hissələrdir. Aerovağzalın 1000 kV olan iki ədəd transformator binasının tikintisi başa çatıb.
Hazırda sahəyə Füzuli 110 kV, 35 kV və 10kV gücündə transformatorlardan elektrik enerjisi paylanılır".
AZAL rəsmisi onu da qeyd edib ki, Zəngilanda və Laçında aerovağzalın tikintisinə başlanılması üçün Minatəmizləmə Agentliyi müəyyən edilmiş sahələri minalardan tam təmizləməlidir:
"Hazırda ərazilərin 50 faizi minalardan təmizlənib və bu proses davam etdirilir".
Oxşar xəbərlər
Xarabalıqda inşa edilən nəhəng hava limanı - VİDEOREPORTAJ
Otuz ilə yaxın düşmən tapdağı altında qalmış Qarabağ torpağında quruculuq işlərinə başlanılıb. Söhbət işğaldan azad edilən Füzuli rayonu ərazisində yerləşən Bey...