Vətən müharibəsində məhv edilmiş erməni hərbçilərin sayı artır

Vətən müharibəsində məhv edilmiş erməni hərbçilərin sayı artır
Siyasət 414

Füzuli və Cəbrayıl rayonlarında aparılan axtarışlar zamanı Ermənistan silahlı qüvvələrinin ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş daha 4 hərbçisinin meyiti tapılıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, onlar itkin hərbçilər siyahısına daxil idi. Meyitlərin şəxsiyyətləri məhkəmə-tibb ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tapılan itkin erməni hərbçilərinin meyitlərinin sayı 1 567-yə çatıb. Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi ölkənin ikinci Qarabağ müharibəsində məhv edilmiş hərbçilərinin sayını gizlədir.

Son xəbərlər