Medvedev: "Rusiya Qarabağ münaqişəsinin həllində kömək etməyə hazırdır"
"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində kömək etməyə həmişə hazırdır. Ona görə də sizin Azərbaycan prezidenti İlham Əliyevlə görüşünüzü alqışlayırıq”.
ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistan prezidenti Serj Sarkisyanla görüşü zamanı deyib.
"Vyana görüşü zamanı Minks qrupunun həmsədrlərinin səyləri nəticəsində dialoqun saxlanılması, 1994-95-ci illərdə əldə olunan atəşkəsə riayət olunması barədə məsələlər müzakirə olunub.
Görüşdə əhəmiyyətli qərarlar qəbul edilib. Region sülh və sabitliyin qorunması üçün biz əlimizdən gələni edəcəyik”, - deyə Medvedev bildirib.
Serj Sarkisyan da Vyana görüşündə mühüm qərarların qəbul olunduğunu deyib. "Ümid edir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin qəbul etdikləri qərarlar yerinə yetiriləcək”.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan-İran əməkdaşlığının genişləndirilməsi müzakirə edilib
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Tehranda səfərdə olan Azərbaycan nümayəndə heyəti İran Prezidenti Məsud Pezeşkian tərəfindən qəbul edilib....