Qarabağdan erməni hərbçilərin çıxması zamanla mümkün olacaq. Sosial şəbəkələrdə yayılan görüntülərdən, Ermənistan siyasi qüvvəllərinin və qondarma rejimin “nümayəndələri”nin açıqlamalarından da aydın olur ki, onlar ərazini tərk edirlər.

BAKU.WS xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Onun sözlərinə görə, yaxın zamanda Azərbaycanın Xankəndidə, Xocalıda və Xocavənddə de-fakto yurisdiksiyası təmin olunacaq:

“Azərbaycan torpaqlarını 3 fazada işğaldan azad etdi və etməkdədir. Birinci müharibə, ikinci hərbi-siyasi yol idi. Üçüncü faza isə siyasi-iqtisadi amillər üzərində qurulacaq. Yəni onlara həm siyasi, həm iqtisadi təzyiq olacaq. Bəziləri düşünür ki, Xankəndidə, Xocalıda və Xocavənddə yaşayan erməni əhalisi Azərbaycanın suverenliyini qəbul etməyəcək.

Bunu düşünənlər böyük yanlışlığa yol verirlər. Qarabağdakı erməni əhalisinin başqa çarəsi yoxdur, ac qala bilərlər. Çünki Azərbaycan qanunsuz yolla oraya gələn daşınmaların qarşısını alacaq”.

BAKU.WS
VİDEO