Sahil Babayev: "Orta və Cənub dəhlizləri regional inteqrasiyanın əsas sütunlarıdır"

Sahil Babayev: Orta və Cənub dəhlizləri regional inteqrasiyanın əsas sütunlarıdır
Siyasət 10

Hazırda Orta və Cənub dəhlizləri regional inteqrasiyanın əsas sütunlarıdır.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı"nda deyib.

Onun sözlərinə görə, Avropa və Asiyanı Xəzər dənizi vasitəsilə birləşdirən Orta Dəhliz və Cənub dəhlizləri kontekstində Azərbaycan regional bağlılığın, ticarətin asanlaşdırılmasının və iqtisadi inteqrasiyanın gücləndirilməsinə mühüm töhfə verir: "Bu baxımdan ölkəmiz Qara Dəniz Ticarət və İnkişaf Bankının mandatının həyata keçirilməsini dəstəkləmək üçün unikal strateji mövqeyə malikdir. Bankı Salonikidə yerləşən yeni, "Platinum" sertifikatlı baş qərargahına uğurla köçməsi münasibətilə təbrik edirik. Bu mühüm addım onun mükəmməlliyə, davamlılığa və uzunmüddətli institusional inkişafa sadiqliyinin göstəricisidir. İnanırıq ki, yeni baş qərargah bankın üzv dövlətlərə və tərəfdaşlarına daha səmərəli xidmət göstərmək imkanlarını daha da genişləndirəcək. Eyni zamanda, Qara Dəniz Ticarət və İnkişaf Bankının Qara dəniz regionunun aparıcı inkişaf maliyyə institutu və iqtisadi inkişaf sahəsində nüfuzlu platforma kimi mövqeyini qoruması üçün insan kapitalına, analitik potensialına və institusional təcrübəsinə davamlı investisiyaların vacibliyini vurğulayırıq".

Son xəbərlər