QDTİB ilə AZAL arasında əməkdaşlıq barədə razılıq əldə olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) və "Azərbaycan Hava Yolları" QSC (AZAL) arasında əməkdaşlıq barədə razılıq əldə olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu QDTİB-in prezidenti Serhat Köksal bankın Rəhbərlər Şurasının Bakıda keçirilən 28-ci İllik Toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Ötən gün biz AZAL ilə əməkdaşlıq barədə razılıq əldə etdik. Gələcəkdə energetika sahəsində günəş elektrik stansiyalarına investisiyaları maliyyələşdirəcəyik. Hazırda təfərrüatları təqdim edə bilmərik, lakin danışıqlarımız davam edir. Biz Azərbaycanda logistika, turizm və təhsil daxil olmaqla, bir çox sahələrdə layihələrin həyata keçirilməsi üçün maliyyə cəlb edəcəyik", - o qeyd edib.
Onun sözlərinə görə, bankın məqsədi həm Azərbaycanın, həm də digər ölkələrin inkişafını təmin etmək, eləcə də onlar arasında ticarəti zənginləşdirməkdir: "Bu baxımdan Azərbaycan hökuməti tərəfindən böyük dəstək görürük. Biz bank olaraq Azərbaycan iqtisadiyyatı üçün əlimizdən gələni edirik və etməyə davam edəcəyik".
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...